İnanırıq ki, "CinemaPlus"un rəsmiləri bu insidentlə bağlı tutarlı bir açıqlama verəcək. İnanırıq ki, "CinemaPlus"un rəsmiləri bu insidentlə bağlı tutarlı bir açıqlama verəcək.

“Dəlilər”in bizi dəli edən titrləri - FOTO

İnanırıq ki, "CinemaPlus"un rəsmiləri bu insidentlə bağlı tutarlı bir açıqlama verəcək.

Bazar günü həftəsonunu dəyərləndirmək üçün qərara gəldim ki, kinoteatra üz tutum. Alış-veriş mərkəzlərinin birində yerləşən "CinemaPlus"a yollandım. Afişada bir çox filmlər var idi. Bir az fikirləşdikdən sonra Türkiyə istehsalı olan Osman Kayanın rejissorluq etdiyi "Dəlilər" filmini seçdim.

Film Fatih Sultan Mehmetin göndərdiyi Osmanlı elçisinin Roma şahzadəsi tərəfindən qətlə yetirilməsi kadrları ilə başlayır. Yaşanan hadisədən sonra Sultan Mehmet Roma şahzadəsi Vladı öldürmək üçün Baba Sultana fərman verir. Baba Sultan vəzifə üçün Gökkurt, Çebi, Suskun, Adsız, Mübariz, Kongar və Aşgardan ibarət "Dəlilər" birliyini Kumanla birlikdə Edirnedən Tarqoviçtəyə yollayır.

"Dəlilər" uzun mübarizədən sonra Vladı və dəstəsini öldürməyi bacarır.

Filmin çəkilişi, səs akustikası, ssenarisi, bir sözlə hər şey möhtəşəm idi. İstənilən şəxs filmə baxanda milliyətçilik, türkçülük ruhu qabara, hətta kövrələ bilər.

Filmdə tək bir əmma var idi. O da filmin subtitrində böyük səhvlərin olması idi. Subtitrdə filmin Azərbaycan dilində tərcüməsi olsa da, heç də bu, bizim dilə bənzəmirdi. Türk dilini bilməyən və ya zəif bilən bir şəxs o titrləri oxumağa çalışsa belə inanmıram ki, filmdən nəsə anlasın.

İlk 10 dəqiqə filmi izləmək yerinə titrləri oxuyub nəsə anlamağa çalışsam da, heç nə anlamadım.

Məsələ ilə bağlı "CinemaPlus"la əlaqə saxladım. Həmin alış veriş mərkəzində yerləşən "CinemaPlus"un administrator köməkçisi Elnurə Abbasova mənə bu haqda məlumatı olmadığını dedi: "İnanırsınız, mən bu haqda sizə nəsə deyə bilmərəm. Çünki heç bir məlumatım yoxdur. Hal-hazırda adminstrator yoxdur. Sizinlə bir neçə gün içində əlaqə saxlayacağıq".

İnanırıq ki, "CinemaPlus"un rəsmiləri bu insidentlə bağlı tutarlı bir açıqlama verəcək. O zaman bu mövzunu yenidən gündəmə gətirəcəyik.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description image description image description image description image description