XX əsrin 100 ən yaxşı filmi açıqlandı - Siyahı

Siyahının lideri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən çəkilmiş "Ərəb Lourensi" filmidir.

ABŞ-ın kinooperatorlar cəmiyyəti (American Society of Cinematographers, ASC) ötən əsrin 100 ən yaxşı filminin siyahısını tərtib edib. Bu haqda təşkilatın saytında bildirilir.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, siyahının lideri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən çəkilmiş "Ərəb Lourensi" filmidir.

Siyahının müəlliflərini filmin çəkiliş şəraiti heyrətləndirib. Çəkilişlər İordaniyada dözülməz isti temperaturun olduğu Cəbəl et-Tubeyk ərazisində çəkilib.

Çəkiliş meydançasına ən yaxın su mənbəsinə çatmaq üçün 240 km məsafə qət etmək lazım imiş.

Çəkiliş qrupunun peşəkarlığının sayəsində film 7 Oskar, 4 Qızıl Qlobus və çoxsaylı mükafatlar qazanıb.

Reytinqin ikinci pilləsində rejissor Ridli Skottun 1982-ci ildə çəkdiyi “Ülgüc üzərində qaçan” filmi, üçüncü pilləsində isə Frensis Ford Koppolanın 1979-cu ildə çəkdiyi “Apokalipsis bu gün” filmi qərarlaşıb.

Həmçinin siyahıya, “Vətəndaş Keyn” (Orson Uells), ”Xaç atası” (Koppola), ”Quduz öküz” (Martin Skorseze), ”Konformist” (Bernardo Bertoluççi) filmləri də daxil edilib.

Fəridə Abdulla

AzNews.az