"Ailəsi də ailəm kimidir, xəstəliyim ərəfəsində mənə çox kömək etdi". "Ailəsi də ailəm kimidir, xəstəliyim ərəfəsində mənə çox kömək etdi".

Məşhur aktyor keçmiş sevgilisi haqda danışdı - "Çox xoşbəxt olduq"

"Ailəsi də ailəm kimidir, xəstəliyim ərəfəsində mənə çox kömək etdi".

Türkiyənin məşhur aktyoru Arda Kural xəstəliyinin təkrarlanması iddalarına cavab verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, xəstəliyinin yenidən artması iddialarına Kanal D-də yayımlanan “2.Sayfa” verilişində cavab verib.

2012-ci ildə Bakırköy ruh və əsəb xəstəlikləri xəstəxanasında psixonevroz xəstəliyindən müalicə olunan Arda Kuralın xəstəliyinin yenidən təkrarlandığı iddia olunub.

Arda Kural iddialara “Həmin şəkildə saçlarım dağınıqdır, qanımın da qara olduğu hiss olunur. Həmin anı tutub çəkiblər. Mediada da şəkillər yalnış anlaşıldı. Niyə bu paylaşımı etdilər, bilmirəm. Hər şey yaxşıdır, dərmanlarımı içirəm. Heç kimə zərərim yoxdur, çox xəstə deyiləm” cavabını verib.

Keçmiş sevgilisi Yıldız Asyalı haqqında danışan Arda Kural “Yıldız mənim uşaqlıq sevgimdir, onu heç vaxt unuda bilmərəm. Unudulmaz şeylər yaşadıq, çox xoşbəxt olduq, çox ağladıq. Ailəsi də ailəm kimidir, xəstəliyim ərəfəsində mənə çox kömək etdi" deyib.

Qeyd edək ki, Yıldız Asyalı keçən günlərdə “Arda Kural mənim ilk və böyük sevgimdir. İllər sonra da onun xəstəliyinə görə çox əzab çəkdim və mənim üçün çox dəyərlidir. Bədənimdə ona aid döymə var. 2012-2013-cü illərdə etmişəm. Hansı ki, biz o vaxt birlikdə deyildik” deyib.

Nigar CƏFƏR

AzNews.az

image description