Mərakeş əsilli Bilal... Mərakeş əsilli Bilal...

Fransanı Avroviziyada epatajlı androgin təmsil edəcək - FOTO + VİDEO

Mərakeş əsilli Bilal...

Ötən gün Fransanı Tel-Əvivdə keçiriləcək "Avroviziya 2019" mahnı müsabiqəsində təmsil edəcək şəxs seçilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs mərakeş əsilli bloger - androgin Bilal Hassanidir. Müsabiqədə oxuyacağı mahnı isə Roi (Kral) olacaq.

Onun ifa etdiyi Roi (Kral) mahnısının digər bəstəkarı isə keçən il Fransanı yarışmada təmsil etmiş Madame Monsieur qrupunun üzvləridir.

Bilal 1999-cu ildə Parisdə mərakeşli bir ailədə dünyaya gəlib. O, Youtube videoları ilə məşhurlaşan müğənni və bəstəkardır. Bilal ifaçılığa 5 yaşında başlayıb, sonradan vokal dərsləri almağa başlayır. O, 2015-ci ildə Fransanın "The Voice Kids" yarışmasında Eurovision qalibi olmuş Conchita Wurst-un "Rise Like a Phoenix" mahnısını ifa edib.

Bilalın ifa etdiyi mahnı isə əsasən özünü təsdiq etməklə bağlıdır. Bilal sosial şəbəkələrdə tez-tez homofobiya, transfobiya ilə qarşılaşır və bu təhqirlərə cavab olaraq "Siz istədiniz, mən sizin kimi olum, amma siz məni dəyişə bilməzsiniz" deyərək bir mesaj göndərmək istəyir.

Androginiya Qədim yunan mifologiyasında eyni zamanda həm kişi, həm də qadın olaraq təsvir edilmişdir. Androginiya psixoloji, görünüş və davranış olaraq həm qadın, həm də kişi cinsiyyətini sərgiləyən bir şəxsdir.

Bu davranışlar geyim, moda və xarici görünüş sərgiləməkdə, səs tonu və mahnı oxumaqda və ya həyat tərzində özünü göstərə bilər.

Fəridə Abdulla

AzNews.az