Afət Fərmanqızı Sevdanı biabır etdi: Arxasını əsdirib… - FOTO

Döşünün arasına pul basdırmaqla mentalitetimizi zədələyən kim olub?

Müğənni Afət Fərmanqızı və həmkarı Sevda Sanaliyeva arasında qalmaqal yaşanıb.

AzNews.az xəbər verir ki, Sevda Sanaliyevanın Afət Fərmanqızını “Pəncu Şeş” ifasına görə tənqid etməsi müğənnini bərk qəzəbləndirib.

Afət həmkarına çox sərt şəkildə cavab verərək onu təhqir etməkdən çəkinməyib.

“Sən deyəsən unutmusan! Keçmişdə qarnını açan, arxasını əsdirən, döşünün arasına pul basdırmaqla mentalitetimizi zədələyən kim olub? Amma mən qəzəli xalqa sevdirmişəm. İndi sual verirəm, hansımız haqlıyıq?

Qeyd edək ki, müğənni Afət Fərmanqızı son günlər “Pəncu Şeş” ifası ilə sosial mediada gündəmə çevrilib və birmənalı qarşılanmayıb. Belə ki, o, dahi şair İmadəddin Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edib.

Aynur Ələkbərova

AzNews.az

image description