“Gecədən sonra burger yeməyə getdim" “Gecədən sonra burger yeməyə getdim"

Məşhur cütlüyün romantikadan uzaq tanışlıq hekayəsi

“Gecədən sonra burger yeməyə getdim"

Müğənni Keti Perri nişanlısı, aktyor Orlando Blumla tanış olma hekayəsini danışıb.

“American İdol” şousunda qonaq olan ifaçı tanışlıqlarının “Qızıl Qlobus-2016”dan sonra başladığını deyib. Üstəlik, bu tanışlıq heç də romantik olmayıb:

“Gecədən sonra burger yeməyə getdim. Sevgilimlə də orada tanış oldum. Biz hər ikimiz “Qızıl Qlobus”da olsaq da, birlikdə deyildik. Mühafizəçimə dedim ki, 10 burger alsın. Stolda gözləyərkən Orlando mənim sifariş verdiyim burgerləri götürüb. Dərhal qışqırdım ki, onlar mənimdir. Sonra nə baş verdiyini isə tarix göstərdi”.

Qeyd edək ki, Keti ilə Orlando ötən ay nişanlanıblar. (qafqazinfo)

AzNews.az