"Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”. "Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”.

Nağılbazın atası gəlinini hədələdi: Özünü yığışdırsın - VİDEO

"Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”.

Mərhum reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika onun qəbrini su basdığı haqda açıqlama vermişdi.

AzNews.az-ın məlumatına görə, reperin atası Rizvan Cəbiyev “Show news”a açıqlamasında məsələyə münasibət bildirib. O, belə bir hadisənin yaşanmadığını bildirib:

“Anara daş atanlar və sağ vaxtında incidənlər çox olub. Onların hamısına dözüb və bu gün də ruhu dözəcək. Təəssüf edirəm ki, onun keçmiş həyat yoldaşı “Anarın qəbrini su basıb, ora getmək mümkün deyil” deyə açıqlamalar verib. Təmir o mənada oldu ki, həqiqətən yağan yağışlara görə rənglər getmişdi. Bu bütün qəbirlərdə, hətta evlərdə də ola bilər. Onları düzəltdirdim.

Oranı qurunt suları basıb deyərək, qəbiristanlıq əhlinə hörmətsizlik edirlər. Mənim 2 dənə gül kimi nəvəm var, uşaqları vasitə edirlər. Onun əleyhinəyəm və pis də olsa, yaxşı da olsa, o uşaqların anasıdır. Uşaq atadan yox, anadan yetim qalır. Ona görə də mən Anjelikaya çox baş qoşmuram. Təqaüdçü adamam, nə imkanım varsa, o uşaqlar üçün edirəm.

Anjelikaya məsləhət görərdim ki, bir az özünü yığışdırsın. Vaxtı ilə çox əziyyət verib. İstəmirəm, yenidən açam bu məsələləri. Heç olmasa, onun ruhunu incitməsin. Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”.

Aynur

AzNews.az