"Saqopa sümüklərimi qırıb" "Saqopa sümüklərimi qırıb"

Məşhur reper həyat yoldaşını döydü

"Saqopa sümüklərimi qırıb"

Türkiyəli məşhur reper Sagopa Kajmer keçmiş həyat yoldaşını döyüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2017-ci ildə boşanan Sagopa və Kolera cütlüyündən xəbər var. Belə ki, Kolera evli olduqları zaman Sagopa tərəfindən dəfələrlə şiddətə məruz qaldığı haqqında İnstagram profilində paylaşım edib.

Kolera bədəninin müxtəlif hissələrində yaralar və izlər olduğunu deyib.

“Şikayət etmədim, ona görə ki, 2020-ci ilədək şərti cəzası var. Əgər şikayət etsəydim, ən azı 2 il həbs yatacaqdı. Mənə şər atılanda ona inanırdınız. Prokurorluğa vermədiyim sənədlər əlimdədi. Belimdə, sinəmdə yaralar qalıb. Fiziki və mənəvi şiddət almışam. Saqopa sümüklərimi qırıb” deyib.

Qeyd edək ki, Sagopa Kajmer və Kolera 11 illik evliliklərini 2017-ci ildə bitirib.

Nigar CƏFƏR

AzNews.az