Gecəyə Nəsib Nur, Günay İbrahimli, Samir Piriyev, Kənan M.M. və Oksana Rəsulova da qatılıb Gecəyə Nəsib Nur, Günay İbrahimli, Samir Piriyev, Kənan M.M. və Oksana Rəsulova da qatılıb

Açıq-saçıq səhnəsi ilə diqqət çəkən filmin təqdimatı baş tutdu - VİDEO

Gecəyə Nəsib Nur, Günay İbrahimli, Samir Piriyev, Kənan M.M. və Oksana Rəsulova da qatılıb

Nizami Kino Mərkəzində dram janrında çəkilən “Dalan” filminin təqdimatı baş tutub.

AzNews.az xəbər verir ki, ekran əsərində cəsarətli səhnəsi ilə diqqət çəkən aktrisa Sevinc Əliyeva “Filmdə açıq-saçıq səhnələr yox, sevgi-məhəbbət ön plana çəkilir” deyə qeyd edib.

Aktyor Ziya Ağa isə canlandırdığı obrazda kişi və qadın münasibətinin sevgi və xəyanət üzərində qurulduğunu deyib.

Aktyor rejissorlara səslənərək dram janrında film çəkməyi də tövsiyyə edib.

Baş rolun ifaçıları çıxışları zamanı filmdən əldə etdikləri qonorarın məbləğini gizli saxlayıblar.

Filmin quruluşçu rejissoru Elvin Rüstəmzadədir.

Qeyd edək ki, gecədə aparıcılar Nəsib Nur, Murad Əzimzadə, müğənnilər Günay İbrahimli, Samir Piriyev, prodüser Kənan Bayramov, Kənan M.M, rəqqasə Oksana Rəsulova , model Rüstəm Cəbrayılov və bir çox məşhurlar iştirak ediblər.

Rəqsanə

AzNews.az

image description image description image description