Saat 12:00-da evdə olmağım lazımdır Saat 12:00-da evdə olmağım lazımdır

Alişan ad günü partisindən niyə tez ayrıldı? - "Bu gün evdə..."

Saat 12:00-da evdə olmağım lazımdır

Məşhur türk müğənniləri Alişan və Berkay İstanbulun Arnavutköy səmtində ortaq bir dostlarının qeyd olunan ad günündə bir araya gəlib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Alişan ad günündən tez ayrılıb və bunun səbəbini belə izah edib:

"Bu gün evdə baxıcı olmayacaq, saat 12:00-da evdə olmağım lazımdır”.

Yeni bir mahnı hazırlığında olduğunu söyləyən Alişan muxbirlərin popçu Serdar Ortaçın “Aranjimançılar və musiqi şirkətləri çox pul istəyirlər, onun üçün albom düşünmürəm” açıqlaması ilə bağlı sualların belə cavab verib:

”Musiqi pul qazandırır. Her şey çox bahalıdır. Albom satışı yoxdur, hazırda aranjimançılar çox pul alır. Bazar belədir”.

Ad günü partisindən gec ayrılan müğənni Berkay çox əyləndiklərini bildirib.

İkinci qızlarına hamilə olan həyat yoldaşı Zeynep Ada Şahinin hamiləliyinin rahat keçdiyini söyləyən müğənni muxbirlərin Serdar Ortaçın aranjimançılar haqqındakı açıqlamasına da münasibət bildirib:

“Müğənni dostlarımın çox qazanmaqlarının tərəfdarıyam. Məndən elə pullar istəmirlər”.

Səidə Vahid

AzNews.az

image description