Zelenskinin prezident seçilməsi bizə stimul verir - Elməddin Cəfərov

Onlar KVN-ə bizdən sonra gəliblər

Xəbər verildiyi kimi, ötən gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermənin ilkin nəticələrinə əsasən tanınmış aparıcı, “95-ci kvartal” şən və hazırcavablar komandasının yaradıcısı, şoumen Vladimir Zelenski Petr Poroşenkonu böyük fərqlə üstələyərək ölkə prezidenti seçilib. Ancaq Ukrayna Mərkəzi Seçki Komissiyası əsas qərarını rəsmən may ayının 1-dək açıqlayacağını bildirib.

Image result for vladimir zelenski

AzNews.az Azərbaycanın əməkdar artisti, aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanova və digər aktyorlara Vladimir Zelenskinin prezident seçilməsinə münasibətiniz necədir? sualı ilə müraciət edib.

Əməkdar artist Tahir İmanov:

Image result for Tahir Ä°manov

“Prezident seçilməsi ilə bağlı Mərkəzi Seçki Komisiyasının yekun qərarından sonra geniş danışa bilərəm. Vladimir Zelenski ilə çox festivallarda bir yerdə iştirak etmişik. Onlar KVN-ə bizdən sonra gəliblər. Yaş etibarilə bizdən kiçikdirlər. Zelenski ilə şəxsi dostluğum olmayıb, amma ən azından salamlaşmışıq”.

Aktyor Elməddin Cəfərov:

Image result for Elməddin Cəfərov

“Siyasətlə maraqlanmıram. Amma Vladimir Zelenskinin prezident seçilməsi bizə stimul verər. Yekun nəticə hələ ki, tam açıqlanmayıb. Zelenski niyə də prezident seçilməsin? Prezidentliyə ilk dəfə namizədliyini verəndə mənə təəccüblü gəlmişdi. Bu prosesin nəticəsini gözləyirəm. Seçim uğurlu olarsa, çox sevinərəm”.

Aktyor Elcan Rəsulov:

Image result for Elcan Rəsulov

“Vladimir Zelenskinin prezident seçilməsi mənə təəccüblü gəlmədi”.

Rəqsanə

AzNews.az

image description image description image description image description