Sevda Yahyayevanın prodüseri müğənninin ögey atasına cavab verdi - "Utansın”

O insanı heç vaxt Sevdagildə görməmişəm

Sevda Yahyayevanın 11 illik prodüseri Pərviz Əsgərov müğənninin ögey atasının “Səni axtarıram” verilişində səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, AzNews-az-a açıqlamasında səsləndirilən ittihamları təkzib edib:

“Sevda xanımın ögey atasının onun haqda səsləndirdiyi sözlər tam absurddur. Efirdə deyir ki, 15 həftə Sevdanı ATV-yə aparıb gətirib. Necə aparıb ki, Sevda kanala metro və avtobusla tək gedirdi. Elə yaxşı insandırsa, niyə Sevda ilə anası mağazada işləyəndə əzab verirdi, sobanı belə qışda istifadə etməyə icazə vermirdi.

Niyə öz doğma iki oğluna sahib çıxmır? Sevda məşhurdu və pulu var deyə onun üzərinə gəlir. Sevdanı hamı tanıyır, necə bir xasiyyətə malik olduğunu bilir. Onu səmimi və tərbiyəli olduğuna görə xalq sevir”.

Pərviz Əsgərov müğənninin anasına xidmətçi kimi yanaşmadığını da dilə gətirib: “Sevda xanım heç vaxt anasına qarşı o düşüncəylə yanaşmayıb. Həmin şəxs efirdə deyir ki, anasını evə qulluqçu kimi aparıb. Hamı da yaxşı bilir ki, Sevda anasına və ailəsinə qarşı necə bağlı insandır.

Sevda ilə işlədiyi müddətdə onun daim anası ilə bir yerdə yaşadığını görmüşəm. Və mən o insanı heç vaxt Sevdagildə görməmişəm. Onun Sevda ilə anasına işlədiyi dükanda verdiyi əzabı yadına salsın, utansın. O şəxsin Bakıda evi yoxdur. O vaxt Qobuda Sevdagildə yaşayıb”.

Rəqsanə

AzNews.az

image description