Bu ölkələr "Eurovision 2019"un finalına keçə bilmədilər - SİYAHI

Final mərhələsi mayın 18-də baş tutacaq.

Xəbər verdiyimiz kimi "Eurovision 2019"un yarımfinalında 17 ölkə iştirak etdi.

Onlardan 10 ölkə- Yunanıstan, Belarusiya, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya təmsilçiləri müsabiqənin finalına vəsiqə qazanıblar. Yeddi ölkə Çernoqoriya, Finlandiya, Polşa, Belçika, Gürcüstan, Portuqaliya, Macarıstan təmsilçiləri isə öz vətənlərinə dönmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, "Eurovision 2019" mahnı yarışmasınım final mərhələsi mayın 18-də baş tutacaq.

Rəqsanə

AzNews.az