Bu səbəbdən D.Kreyq həkim müayinəsindən keçmək üçün ABŞ-a yola düşüb Bu səbəbdən D.Kreyq həkim müayinəsindən keçmək üçün ABŞ-a yola düşüb

Ceyms Bond haqqında yeni filmin çəkilişləri dayandırıldı, səbəbi...

Bu səbəbdən D.Kreyq həkim müayinəsindən keçmək üçün ABŞ-a yola düşüb

Ceyms Bond haqqında filminin 25-ci hissəsinin çəkilişləri agent 007 rolunu canlandıran Deniel Kreyqin aldığı zədə səbəbindən dayandırılıb.

“The Sun” qəzetinin verdiyi məlumata görə, aktyor Yamaykada qaçarkən ayağı burxulub. Bu səbəbdən D.Kreyq həkim müayinəsindən keçmək üçün ABŞ-a yola düşüb. Nəticədə filmin çəkiliş cədvəlində ləngimələr baş verib.

Qeyd edək ki, Deniel Kreyq sözügedən filmin son dörd seriyasında rol alıb. Ondan əvvəl agent 007 rolunu Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton və Pirs Brosnan oynayıb.(AZƏRTAC)

AzNews.az