"Dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara "Gelandewagen" alsın" - Nisə Qasımova

Qasımova müğənni Aytac Vidadiqızının bahalı avtomobili ilə öyünməsini tənqid edib

"Libaslarımın qiymətini demirəm. Özümü elə tanıtmaq istəmirəm. 5 manatlıq parçadan da gözəl libas tikmək olar. Əsas onu təqdim etməkdir. Qiymət heç nəyi ifadə etmir".

AzNews.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Nisə Qasımova "Şou news" verilişində deyib. Müğənni avtomobilini, evini reklam edənləri qınayıb. Qasımova müğənni Aytac Vidadiqızının bahalı avtomobili ilə öyünməsini isə tənqid edib:

"Təkəbbürlükdən acığım gəlir: paltar, maşınla öyünürlər. Maşınların kralı olub məndə, heç vaxt dilə gətirməmişəm. Çəkilişdən də qaçmışam. Heç adlarını da bilmirəm. Deyirlər ki, dəridən-qabıqdan çıxacam, kimsə mənə "Gelandewagen" alsın. Heç bilmirəm ki, o, necə maşındı, neçə qapısı var. Vidadi Bərdəlinin qızı yaxşı oxuyandı. Yəqin kimsə onu özündən çıxarıb, o da danışıb. Bunları deməsələr, yaxşıdır.

Aynur

AzNews.az