"Zerrin Özer boşanmaq qərarına gəlib" "Zerrin Özer boşanmaq qərarına gəlib"

Zerrin Özerin evliliyi 36 saat çəkdi

"Zerrin Özer boşanmaq qərarına gəlib"

İki gün əvvəl Murad Akıncı ilə ailə həyatı quran müğənni Zerrin Özerin evliliyi cəmi 36 saat çəkib.

61 yaşlı sənətçi özündən 27 yaş kiçik ərindən boşanmaq qərarına gəlib.

Bu barədə sənətçinin vəklili məlumat yayıb. “M. Akıncının dələduz olması barədə yayılan xəbərlər ailə təməlini sarsıdıb. Zerrin Özer boşanma barədə qərara gəlib və rəsmi qaydada məhkəməyə müraciət edib”,- deyə qeyd olunub.

Xatırladaq ki, Seda adlı qadın Muratın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini bildirmişdi.(qafqazinfo.az)

AzNews.az