"Həyatımın son iki ili böyük yalandan ibarət olub" "Həyatımın son iki ili böyük yalandan ibarət olub"

Pamela Anderson futbolçu sevgilisini xəyanətdə ittiham etdi

"Həyatımın son iki ili böyük yalandan ibarət olub"

Məşhur aktrisa və amerikalı model Pamela Anderson sevgilisi ilə yenidən mübahisə edib.

AzNews.az xəbər verir ki, bu barədə "Sovet idmanı"xəbər verir.

Anderson Fransanın "Marsel" klubunun müdafiəçisi Adil Rami ilə görüşür. Cütlük 2017-ci ildən birlikdədir. Lakin 2018-ci ildə onlar münasibətlərinə son qoysalar da yenidən birləşiblər.

Image result for ПамеÐ

"Bunu qəbul etmək çox çətindir. Həyatımın son iki ili böyük yalandan ibarət olub. O, məni aldadıb və "böyük məhəbbət"ə inanmağa məcbur edib. Son bir neçə gün ərzində öyrəndiklərimdən şok oldum. Sən demə, o, ikili həyat yaşayır. O, digər futbolçular haqqında zarafat edirmiş və deyirmiş ki, mənzillərdə onların arvadlarının yanında rəfiqələri olur. O, bu insanları canavar adlandırıb", - deyə aktrisa yazıb.

Image result for ПамеÐ

51 yaşlı aktrisanın bildirdiyinə görə, 33 yaşlı sevgilisi ona xəyanət edib.

"O, hamını aldadıb. Təsəvvür edilə bilməzsiniz, iki qadın ürəyi ilə necə asanlıqla manipulyasiya etmək olar? Əminəm ki, başqa qadınlar da var imiş. O canavardır", - deyə Anderson bildirib.

Image result for ПамеÐ

Baş verənlər barədə amerikalı İnstaqramda danışıb. O, idmançının onu qucaqladığı ağ-qara fotoşəkili yayımlayıb.

Image result for ПамеÐ

Babək Göyüş

AzNews.az