Aktrisanın sosial şəbəkəsinə hücum olub Aktrisanın sosial şəbəkəsinə hücum olub

Cessika Alba irqçilikdə ittiham edildi

Aktrisanın sosial şəbəkəsinə hücum olub

“Twitter” istifadəçiləri amerikalı aktrisa Cessica Albanı irqçilik və homofobiyada ittiham ediblər.

AzNews.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” yazır.

Mövcud məlumatlara görə, Hollivud ulduzunun sosial şəbəkədəki hesabında antisemit çağırış və təhqiri birmənalı olmayan tvitlər yer alıb. Sonra isə onlar silinib.

Aktrisanın pərəstişkarlarının fikrincə, Albanın sosial şəbəkəsinə hücum olub. Lakin ulduzun özü və nümayəndələri hələ bu məlumatı şərh etməyiblər.

Nigar Orucova

AzNews.az