Azyaşlı qızını ABŞ-da anasının yanında qoyan İrina Şeyk Milanda boş durmur - FOTO

33 yaşlı super model tədbirlərdə iştirak edərək podiuma çıxır

Hər kəsin evlənmələrini gözlədiyi halda sevgilisi Bredli Kuper ilə yollarını ayıran məşhur model İrina Şeyk bütün diqqətini karyerasına cəmləyib.

“Backgrid UK” xəbər verir ki, rusiyalı model azyaşlı qızını dayəsi və anası ilə birlikdə ABŞ-da qoyaraq Milana yollanıb.

Burada o, Milan Moda Həftəsində boy göstərəcək.

33 yaşlı super model tədbirlərdə iştirak edərək podiuma çıxır, bəzən isə partilərə qatılır.

İrina Şeykin Milan Moda Həftəsində çəkilmiş bəzi görüntülərini təqdim edirik.

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description