Bu barədə prodüser Tolik şəxsi İnstagram hesabında qeyd edib Bu barədə prodüser Tolik şəxsi İnstagram hesabında qeyd edib

Biabırçılıq: Tolik müğənnilərin iç üzünü açdı - Efirə getməyən KADRLAR

Bu barədə prodüser Tolik şəxsi İnstagram hesabında qeyd edib

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində maraqlı hadisə baş verib.

AzNews.az xəbər verir ki, reklam fasiləsi zamanı çəkilən görüntüləri verilişin aparıcısı Tolik efirdə yayımlayıb. Görüntülərdə müğənni Dəniz Firidunlu həmkarı Mənzurə Musayevaya hamilə olduğunu söyləyir. Sonra isə Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın hamiləlik xəbərləri ilə özlərini reklam etdiklərinə eyham vurur. Kadrlar efirdə yayımlanan zaman Dəniz dediklərindən dolayı utanır.

Bu barədə prodüser Tolik şəxsi İnstagram hesabında qeyd edib:

"Bu gün canli efirdə reklam arası qonaqların danışığı redaktorumuzun marağına səbəb oldu. Dəniz hamilə olduğunu Mənzurə və Könülə deyir və Şəbnəmlə Vəfanı özlərini reklam etməklə suçlayır".

Videonu izləyənlər isə sosial mediada xanım müğənnilərin kişi həmkarlarının yanında bu cür məsələlər barədə utanmadan danışmalarını bəyənməyiblər. Buna görə Dəniz sərt şəkildə tənqid edilib.

Aynur

AzNews.az