Bərgüzar Korelin bacısı Amerikada qadınla evləndi

Zeynəb qadınla ailə qurduqdan sonra bacısının dəstəyindən məhrum olub

Aktrisa Bərgüzar Korelin Amerikada evlərə təmizliyə gedən bacısı Zeynəb Korel İvana adlı qadınla ailə qurub.

Bunu “Gel konuşalım” verilişində aparıcı Cengiz Semercioğlu deyib. Onun sözlərinə görə, əvvəllər Bərgüzardan maddi yardım alan Zeynəb qadınla ailə qurduqdan sonra bacısının dəstəyindən məhrum olub. Elə bu səbəbdən aktrisadan intiqam almaq istəyən Zeynəb mediaya Amerikada qulluqçu işləməyi və it gəzdirməyi xəbərlərini ötürüb.

Semercioğlu sözlərini belə davam etdirib:

“Bərgüzar bacısı İvana adlı qadınla evləndikdən sonra ona pul göndərməyi dayandırıb. Buna səbəb İvananın həmin pulları alıb qaçmasından qorxması olub. Bu səbəbdən Zeynəb “Səni bütün Türkiyədə biabır edib, ailəni dağıdacağam” deyərək Amerikada pul qarşılığında it gəzdirməsi xəbərlərini yayıb”.(qafqazinfo.az)


AzNews.az