İsveçdə, məşhur “Roxette” musiqi qrupunun solisti Mari Fredriksson vəfat edib İsveçdə, məşhur “Roxette” musiqi qrupunun solisti Mari Fredriksson vəfat edib

Məşhur musiqiçi vəfat etdi

İsveçdə, məşhur “Roxette” musiqi qrupunun solisti Mari Fredriksson vəfat edib

İsveç KİV-ləri xəbər verir ki, dünya səviyyəsində tanınmış musiqiçi və “Roxette” pop-rok qrupunun üzvü Mari Fredriksson dekabrın 10-da 61 yaşında dünyasını dəyişib.

Ona 2002-ci ildə beyin şişi diaqnozu qoyulub və həkimlərinin məsləhəti ilə o, 2016-cı ildə musiqi dünyasını tərk edib. Onun meneceri yerli jurnalistlərlə müsahibədə Fredrikssonun uzun müddət davam edən xərçənglə apardığı ağır mübarizə nəticəsində vəfat etdiyini bildirib.

Qeyd edək ki, Mari Fredriksson və Per Gessl 1986-cı ildə “Roxette” qrupunu yaradıblar və sonrakı fəaliyyətləri nəticəsində onlar "The Look”, “Listen to your heart”, "It must have been love" və “Joyride” kimi populyar mahnıların müəllifi olublar. “Roxette” qrupunun iki albomu satış nəticələrinə görə platinum statusunu alıb.(AZƏRTAC)

AzNews.az