Zamiqin ata olma xəbəri onu sevindirib Zamiqin ata olma xəbəri onu sevindirib

Abbas küsülü olduğu Zamiqdən danışdı: Çox dua etdim ki...

Zamiqin ata olma xəbəri onu sevindirib

“Mən Röyanı Zamiqə qısqanmıram. Şəxsi münasibətlərimizin başqasına aiddiyyəti yoxdur. O da insandır. Sevilir, özünəməxsus həyat tərzi var. Heç kimlə düşmənçiliyim yoxdur”.

AzNews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov “Show News”un suallarını cavablandırarkən küsülü olduğu həmkarı Zamiq Hüseynov haqda deyib.

Sənətçi bildirib ki, Zamiqin ata olma xəbəri onu sevindirib:

“Münasibətdə müəyyən problemlər var, bəlkə, zamanı gələr dəyişilər. Görüşəndə “salam, sağ ol” edirik. Dəfələrlə məclislərdə səhnəyə çıxanda bir-birimizi elan edirik. Elə məclislər olub ki, eyni masada da əyləşmişik. Uğurlarına sevinirəm. Mən də atayam, çox sevindim. Çox dua etdim ki, salamat böyüsün, valideynlərinə layiqli övlad olsun. Üz-üzə gəlsək, təbrik edərəm”.

Qeyd edək ki, sənətçilər uzun müddətdir küsülüdür. A.Bağırov küsülülüyün səbəbi kimi Zamiqin onun ad gününü yarımçıq tərk etməsi və ailəsindəki xeyir işinə gəlməməsini göstərib.

Aynur

AzNews.az