Ağadadaş Ağayev yaşam mücadiləsi verir

Xərçəngə tutulan müğənni Türkiyədə əməliyyat olunub

Xalq artisti Ağadadaş Ağayevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi xəbəri yayılıb.

AzNews.az xəbər verir ki, Xalq artisti bu gün Türkiyədə əməliyyat olunub. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır: "Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib".

Eyni zamanda Xalq artistinin səhhəti ilə bağlı qardaşı Hakim Ağayev də mediaya açıqlama verib.

O bildirib ki, xalq artistinin sidik kisəsində problem olduğu üçün əməliyyat olunub. Hazırda Türkiyədəki özəl klinikada müalicədədir.