Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - RƏSMİ

55 yaşında dünyasını dəyişən sənətçi evli idi, 2 övladı var

Tanınmış müğənni Aslan Hüseynov ağır yol qəzasında ölüb.

Bu barədə AzNews.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi BMW markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində müəğənni Aslan Hüsyenov vəfat edib”,-deyə açıqlamada bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

55 yaşında dünyasını dəyişən sənətçi evli idi, 2 övladı var.

Qeyd edək ki, Aslan Hüseynov bir vaxtlar Qırğızıstanda yaşayıb. Sonralar Bakı şəhərinə köçüb. Onun vaxtilə ifa etdiyi "İgidlər" mahnısı gənclər arasında çox populyar idi.

Allah rəhmət eləsin...