Aydan Şener: "Çalıquşu"ndan aldığım zövq bambaşqaydı

Azərbaycanda da sevilən aktrisa Aydan Şener 1986-cı ildə Rəşat Nuri Güntəkinin "Çalıquşu" romanı əsasında TRT-nin çəkdiyi eyniadlı serialında Fəridə müəllimə rolunu canlandırıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Quşadasında “Çalıkuşu yenidən evində” adlı tədbirdə pərəstişkarları ilə bir araya gəlib. Serialda Fəridə müəllimənin yaşadığı ev kimi tanınmış "Çalıquşu Evində" Şener alqışlarla qarşılanıb.

Aktrisa “Fəridənin evində olmaq məni xatirələrimə qaytardı. Evin quruluşunun hələ də eynilə qorunub saxlanması çox qiymətlidir” deyib.

Şener serialın onun həyatında xüsusi yeri olduğunu bildirib: “Ürək və sevgi ilə oynadığım dəyərli bir iş idi. Çoxlu sevgi filmlərinə baxılıb, çəkilib, amma “Çalıquşu” filmindən aldığımız zövq fərqli idi. Fəridə kimi mübariz qadınlara bu gün daha çox ehtiyacımız var”,- deyə söyləyib.

Nuray

AzNews.az

image description