Hülya Avşar da AFAD-a yardım etdi

Türkiyə Cümhuriyyət tarixində ən böyük zəlzələ fəlakətini yaşayır. Zəlzələdə həyatını itirənlərin sayı 10 minə çatır. Prezident Ərdoğan yardım ünvanı olaraq AFAD-ı (Fəlakət və Fövqəladə Hallar İdarəsi Başkanlığı) göstərib.

Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu açıqlamadan sonra məşhur aktrisa Hülya Avşar da AFAD-a dəstək verib. Belə ki, o, AFAD-a 250 min lirə yardım edib.
Ölkəni sarsıdan ikiqat zəlzələdən sonra bir çox qurum və təşkilatlar yardım kampaniyaları təşkil etməkdədir.

10 əyalətə ziyan vuran zəlzələ üçün təşkil edilən yardım kampaniyalarına məşhur adlar da biganə qalmır.

Nuray

AzNews.az