“Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər”. “Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər”.

“Yeni tikilən idman kompleksləri sahibkarlara icarəyə verilməlidir" - Siyavuş Novruzov

“Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Bildirib ki, bu addım həmin rayonlara sərmayələrə gətirə bilər.

Komitə sədri həmçinin bildirib ki, Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər:

"Hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır. Bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa onun 50 faizi həmin təşkilatların hesabına keçir. Əgər rayon öz büdcəsin yerinə yetirirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın ki, o qalan büdcədən də sosial xərclərə sərf etsin. Bu çox vacib olan bir məsələdir. İri şəhərlərimiz özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.

Elgün
AzNews.az