Bu qurum hər zaman Azərbaycan və Ermənistan kontekstində ölkəmizə qarşı qərəzli olub. Bu qurum hər zaman Azərbaycan və Ermənistan kontekstində ölkəmizə qarşı qərəzli olub.

Avropa Parlamenti daim qərəzli olub - Fərəc Quliyev

Bu qurum hər zaman Azərbaycan və Ermənistan kontekstində ölkəmizə qarşı qərəzli olub.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev dedi.

O, Yerevanın Nubaraşen təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəti və "Erməni qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini Mqer Yeqiazaryanın ölməsi ilə bağlı Avropa Parlamentinin (AP) niyə hər hansı bir reaksiya vermədiyini şərh etdi:

"Olmayan məsələyə görə Azərbaycanı hədəfə götürən və dərhal qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda daha ağır hadisəyə göz yumur. AP-nin bu münasibətində təəccüblü bir şey yoxdur. Bu qurum hər zaman Azərbaycan və Ermənistan kontekstində Azərbaycana qarşı qərəzli olub. Məsələn, Ermənistanda parlamenti gülləbaran etdilər, sonra bir qrup adam iş başına gəldi və bu adamlar terrorçularla bir masa arxasında oturdular. Yaxud Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Bir milyondan çox insan didərgin düşdü, evsiz-eşiksiz qaldı, İndi heç bir beynəlxalq təşkilat bundan danışmır. Bu gün Ermənistanda baş vermiş bu hadisə ilə də bağlı Avropa Parlamenti başda olmaqla digər Qərb təsisatları da susur. Çünki mahiyyətləri budur və düşünülmüş şəkildə Ermənistanı müdafiə etdikləri ortadadır. Təbii ki, münasibətlərin belə olmasında din amili, xristianlıq təəssübkeşliyi də rol oynayır. Bundan başqa, bölgədəki maraqları tənzimləmək üçün Azərbaycana müəyyən təzyiqlər edilir. Eyni zamanda, erməni lobbisinin təsiri altında bu təşkilatlara nüfuz edən böyük dövlətlər var. Məsələn, Fransa kimi böyük dövlətlər Ermənistana açıq şəkildə dəstək verirlər. Əlbəttə ki, bu kimi ölkələr öz maraqlarından çıxış edir. Öz maraqlarının təmin olunmasında Ermənistandan maşa kimi istifadə edirlər".

F.Quliyev vurğuladı ki, Avropa Parlamenti kimi təşkilatlar hər zaman ikili standartlardan çıxış edəcək və bundan sonra da Ermənistanı müdafiə edəcəklər. Ona görə də biz bu cür hadisələrə, reaksiyalara hazır olmalıyıq:

"Deputatlar bununla bağlı AP-yə hər hansı bir müraciət göndərəcəklərmi?" sualına F.Quliyev belə cavab verdi:

"Bununla bağlı AP-a konkret müraciət ünvanlanacağını dəqiq deyə bilmərəm. Amma ayrı-ayrı tədbirlərdə, iclaslarda bu məsələni xüsusi qabartmaq lazımdır".

Qeyd edək ki, M.Yeqiazaryan siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. O, ötən il dekabrın 5 də aclıq elan etmişdi.

Azərbaycanda isə M.Hüseynovun məsələsi ilə bağlı ard-arda bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər, media Ermənistanla bağlı bu hadisə qarşısında susurlar.

Elgün
AzNews.az