S.Seyidov Avropa Şurasında Azərbaycanla bağlı son vəziyyətdən danışıb S.Seyidov Avropa Şurasında Azərbaycanla bağlı son vəziyyətdən danışıb

Səməd Seyidov: Yeniləşmiş Parlament görmək istəyirəm

S.Seyidov Avropa Şurasında Azərbaycanla bağlı son vəziyyətdən danışıb

Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İctimai Televiziyanın “Pressinq” telelayihəsinin qonağı olub.

AzNews.az xəbər verir ki, S.Seyidov Avropa Şurasında, eləcə də dünya siyasətində Azərbaycanla bağlı son vəziyyətə aydınlıq gətirib.

Millət vəkili ölkədaxili islahatları təqdirəlayiq adlandıraraq bildirib ki, bütün sahələr kimi Azərbaycan Respublikasının Milli Məclisində də yenilənməyə ehtiyac var.

Qeyd edək ki, verilişdə layihə formatına uyğun olaraq “Yeni müsavat” qəzeti, “1news.az”, “Haqqın.az” və “Azerfax.az” informasiya agentliklərinin əməkdaşları da iştirak edərək qonağa suallar ünvanlayıblar.

AzNews.az