Arif Hacılı və Mirmahmud Mirəlioğlu dəyirmi masaya qatılmayıb Arif Hacılı və Mirmahmud Mirəlioğlu dəyirmi masaya qatılmayıb

Bakıda iqtidar-müxalifət görüşü keçirilir - FOTOLAR

Arif Hacılı və Mirmahmud Mirəlioğlu dəyirmi masaya qatılmayıb

Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilir.

Tədbirdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılıya və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıblar. (AzVision)

AzNews.az

image description image description image description image description