Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun

Müsavat Partiyasında namizədlərin siyahısı hazırdır - Arif Hacılı

Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun

Fevralın 9-da növbədənkənar parlament seçkilərində iştirak edəcək Müsavat Partiyasının namizədlərinin siyahısı hazırdır.

Bu barədə AzNews.az-a partiya sədri Arif Hacılı məlumat verib.

O, bildirib ki, partiyanın seçki dairələrinin əksəriyyətindən namizədlər müəyyən edilib:

“Onların sırasında siyasət və dövlət xadimləri, millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Həftə sonunadək Azərbaycan parlamentində görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək.
Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun”.

Bahar RÜSTƏMLİ

AzNews.az