23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin ən şanslı namizədi: “Parlament üzvlərinin yenilənməsi məhz bu dairədən başlamalıdır” 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin ən şanslı namizədi: “Parlament üzvlərinin yenilənməsi məhz bu dairədən başlamalıdır”

Bu dairədə favorit namizəd müəyyənləşdi - TALEH ŞAHSUVAROV!

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin ən şanslı namizədi: “Parlament üzvlərinin yenilənməsi məhz bu dairədən başlamalıdır”

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkillərinin təşviqat mərhələsinin ilk günü artıq arxada qalıb. 23 saylı Nəsimi-Səbail dairəsindən deputatlığa namizədlər də öz təbliğat kampaniyalarına start veriblər. Təşviqatın ilk günü 23 saylı dairədə favorit namizədin- qələbə qazanmağa ən yaxın iddiaçının kim olmasını üzə çıxardıb. Bu namizəd siyasi analitik Taleh Novruz oğlu Şahsuvarovdur. Onun dairədəki namizədlər arasında ən yüksək reytinqə malik olması müstəqil saytlar tərəfindən keçirilən e-sorğular da təsdiq edib.

AzNews.az xəbər portalının əməkdaşı ilə söhbətində Taleh Şahsuvarov bildirib ki, təşviqatın ilk günü bir namizəd kimi onun üçün olduqca uğurlu keçib:

“Posterimiz, şüarımız, yanaşmalarımız cəmiyyət tərəfindən, xüsusən də dairədə qeydiyyatda olan seçicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bu seçkilər sosial şəbəkələrin ictimai rəyə xüsusi təsiri şəraitində keçir. Bu amildən yararlanaraq seçicilərlə operativ təmas qurur, qarşılıqlı fikir mübadiləsi aparırıq. Eyni zamanda açıqlama və müsahibələrimiz böyük oxucu məmnuniyyəti ilə qarşılandı. Bir daha yəqinlik hasil etdik ki, seçicilərimiz həm deyilən sözə, həm həmin sözün hansı ağıl, mədəniyyət, məqsədlə deyildiyinə, həm sözün arxasındakı şəxsiyyətə, onun yaşına, təcrübəsinə, intellektinə, vədlərini reallığa çevirmək imkanlarına, dinamikasına diqqət yetirirlər. Bəli, bir daha məlum oldu ki, Azərbaycan cəmiyyəti, mənim ölkəmizin “elektoral beyin mərkəzi” adlandırdığım 23 saylı dairənin seçiciləri dövlət başçısı İlham Əliyevin kadr islahatları ilə bağlı kriteriyalarını mənimsəyiblər. Onlar hesab edirlər ki, parlament üzvlərinin yenilənməsi məhz bu dairədən başlamalıdır. Hər bir seçici fərqindədir ki, məhz savadlı, müasir, analitik təfəkkürlü, siyasi hazırlığı yüksək, vətənpərvər bir namizədin yeni dönəmdə parlamentdə təmsil olunmağı daha zəruridir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, seçicilər bu cür şanslı namizəd profili ilə dairədə məhz mənim timsalımda tanış oldular və buna görə də, ilk gündən təqdir qazandıq”.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin favorit namizədi vurğulayıb ki, dünən gecə 24: 00-dan etibarən virtual sorğuda iştirak etməyəcək: "İlk reaksilayarı öyrənmək, dairənin favorit namizədini müəyyənləşdirmək üçün ictimai reaksiyanı yoxlamaq üçün bu sorğuya qatıldıq. Lakin elmi olmadığından daha bizə maraqlı deyil. Gücümüzü virtual sorğulara deyil, seçicilərlə birbaşa təmasa sərf edəcəyik".

Taleh Şahsuvarov anons verib ki, günün ikinci yarısında onun 23 saylı Nəsimi-Səbail dairəsinin seçicilərinin üzləşdiyi, sadəcə onların deyil, bütün paytaxt sakinlərinin narahatçığına səbəb olan çox ciddi bir problemin həlli yolları ilə bağlı seçicilərinə xüsusi müraciəti olacaq.

XATIRLATMA:

Taleh Novruz oğlu Şahsuvarlı 10 mart 1977-ci ildə anadan olub. Bakı şəhərindəki 20 saylı orta məktəbi bitirib. Bakalavr və magistr pillələri üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb.

Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ictimai siyasət üzrə xüsusi kurs keçib. Həmin şəhərin fəxri vətəndaşıdır. Onlarla beynəlxalq səviyyəli təlim və seminarların iştirakçısı olub. Bir neçə elmi monoqrafiya, yüzlərlə analitik məqalə, "Canlanma" adlı tarixi roman müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Prezident İlham Əliyevin fəal və ardıcıl müdafiəçisi olan Taleh Şahsuvarlı səriştəli debat ustası sayılır və müxtəlif canlı polemikalarda müxalif düşərgədən olan opponentlərini dəfələrlə məğlub edib.

Şahmat həvəskarıdır.

Onu da qeyd edək ki, Taleh Şahsuvarov Azərbaycan parlamentinə seçkilərdə qeydə alınan yeganə namizəddir ki, seçicilərinə xüsusi marşla xitab edib. Həmin marşı təqdim edirik:

AzNews.az