Hazırda bu proses davam edir Hazırda bu proses davam edir

Parlament seçkiləri ilə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Hazırda bu proses davam edir

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22 min 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

MSK sədri bildirib ki, hazırda bu proses davam edir. (APA)

AzNews.az