Namizəd hər gün seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir Namizəd hər gün seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir

Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb

Namizəd hər gün seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə görüşlərini Beyləqanda davam etdirməyə başlayıb.

Çingiz Qənizadə Beyləqan rayonunun İkinci Şahsevən və Qaradağlı kəndlərində seçicilərlə görüşlər keçirib.

Hər iki kəndin camaatı deputatlığa namizədlə görüşdə bəzi problemləri qabardıblar. Həmin problemlərdən biri uşaq pulunun bərpa olunması ilə bağlı olub. Həmçinin, əkin sahələrinin suvarılması üçün artezan quyularının vurulmasını, eləcə də, işıq və telefon xətlərinin yenilənməsini xahiş ediblər. Deputatlığa namizəd Çingiz Qənizadə yenidən deputat seçiləcəyi təqdirdə qaldırılan məsələləri gündəmə gətirəcəyini istisna etməyib.

Kənd insanları, ağsaqqallar Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətini yüksək qiymətləndirərək növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, kəndlərdə görüşlər keçirən Çingiz Qənizadə hər gün seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir.

AzNews.az