Daha bir şikayət araşdırılmaq üçün DSK-ya göndərildi Daha bir şikayət araşdırılmaq üçün DSK-ya göndərildi

MSK deputatla bağlı qərar verdi

Daha bir şikayət araşdırılmaq üçün DSK-ya göndərildi

MSK-nın bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt Seçki Dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

AzNews.az Reyting.az-a istinadən xəbər verir ki, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, bundan əvvəlki iclasda da 42 saylı dairə ilə bağlı daha bir neçə şikayət DSK-ya göndərilib.

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticələrə gör, bu dairədən deputat Tahir Mirkişili qalib gəlib.