Pozuntu hallarının baş verməsi qeyd olunub Pozuntu hallarının baş verməsi qeyd olunub

Sevinc Fətəliyevanın dairəsində 5 məntəqə ləğv edildi

Pozuntu hallarının baş verməsi qeyd olunub

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

Məlumata görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.

MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib.

İ.Məmmədov həmin dairənin 1, 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib. (Trend)

AzNews.az