Bu dairədə 3 məntəqənin nəticələri etibarsız sayıldı

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd İsmayılova Ləman Ələşrəf qızının müraciətinə baxılıb.

AzNews.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 3 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 3 seçki ( 29, 30 və 43 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.