"Dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram" "Dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram"

Kim Çen In İlham Əliyevə məktub göndərdi

"Dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram"

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.