"Koronavirusla əlaqədar şayiə yayanlar barədə ölçü götürülməlidir"

Siyavuş Novruzov belə deyib

Hesab edirəm ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələri daha da sərtləşdirməliyik.

Məlumata görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, cərimə edilməmək üçün hər kəs 30 qəpiklik maska taxmalıdır: "Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsınlar və cərimə edilməsinlər. Bu həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq".

Komitə sədri əlavə edib ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir: "Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir. Bəziləri hətta belə bir informasiyalar yayır ki, siz qanunu pozun, cənab Prezident həmin cərimələri ödəyəcək". (Trend)

AzNews.az