Parlamentin növbədənkənar iclası başladı

Gündəlikdə 6 məsələ var

Milli Məclisin növbədənkənar iclası keçirilir.

AzNews.az-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələri müzakirə ediləcək.