“XİN rəhbərinin ilk səfərini Türkiyəyə etməsi bir daha onu göstərir ki...”

Arzu Nağıyev: “İnanıram ki, bu səfər iki dövlət arasındakı münasibətlərə öz töhfəsini verəcək”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın XİN rəhbəri Türkiyəyə səfər edib, orada bir sıra görüşlər keçirib.

Ceyhun Bayramovun XİN rəhbəri kimi ilk səfərini Türkiyəyə etməsi Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığa verdiyi önəmin daha bir isbatı sayıla bilərmi?

AzNews.az bildirir ki, Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Türkiyə və Azərbaycan hər zaman bir-birini bütün beynəxalq platformalarda dəstəklədiyini, iki dövlət arasında bütün sahələrdə cidi iəməkdaşlıq olduğunu vurğuladı:

“XİN rəhbərinin Türkiyə səfəri mühüm əhəmiyyət kəsb edən məsələdir. Türkiyə və Azərbaycan dost dövlətlərdir. Bizim ümumi maraqlarımız var. Bu, həm xarici siyasət, həm iqtisadiyyat, həm hərbi əməkdaşlıq, həm də digər sahələrə aiddir.

Cənab Ceyhun Bayramovun bu səfərində yəqin ki, bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi olacaq. Bu məsələlərdən biri də hərbi əməkdaşlıq ola bilər.

Beynəlxalq tribunalarda daim Türkiyə Azərbaycanı, Azərbaycan isə Türkiyəni dəstəkləyib. Türkiyə təmsil olunduğu bir sıra beynəlxalq qurumlarda da Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Azərbaycan da öz növbəsində Türkiyə ilə digər dövlətlər arasında körpü rolunu oynayıb.

Bu baxımdan məlum səfəri təqdirəlayiq hesab edirəm. İnanıram ki, bu səfər iki dövlət arasındakı münasibətlərə öz töhfəsini verəcək”.