Fuad Oktay Əli Əsədova zəng etdi

Baş nazir Əli Əsədov Türkiyə rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova zəng edib.

AzNews.az xəbər verir ki, vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş nazir Əli Əsədov Türkiyə rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.