“Paris qondarma “DQR”i tanımır” - Fransa XİN

Bu barədə Fransa XİN-in yaydığı bəyanatda bildirilir

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in yaydığı bəyanatda bildirilir.

"Noyabrın 25-də Senat Fransa hökumətini öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl aparılan müzakirələr zamanı Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan məsələ ilə bağlı Fransa hökumətinin mövqeyini xatırladıb - Fransa öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımır", - deyə bəyanatda qeyd olunur.