Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün işçi qruplar yaradılacaq

Bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb

Milli Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsi həyata keçiriləcək.

AzNews.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.

Fəaliyyət Planına əsasən, Milli Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi işçi qruplar yaradacaq. İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaqlar.

Milli Fəaliyyət Planının monitorinqi və müntəzəm olaraq qiymətləndirilməsi əlaqələndirici dövlət orqanı tərəfindən həyata keçiriləcək. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.