Prezident qurultaya videokonfrans vasitəsilə qoşulub Prezident qurultaya videokonfrans vasitəsilə qoşulub

YAP-ın qurultayı başa çatdı - YENİLƏNİB/FOTOLAR

Prezident qurultaya videokonfrans vasitəsilə qoşulub

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.

Qurultayda YAP İdarə Heyəti formalaşıb.

İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir.

12:43

Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb.

Qurultay hazırda davam edir.

12:13

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

İclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir. (report)

***

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib.

Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət edib.

Partiyaların müraciətinə YAP-ın bu gün keçirilən VII qurultayında baxılaraq qərar qəbul ediləcək.

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq/APA

10:28

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının iştirakçıları arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da var.

V.Talıbov qurultayın keçirildiyi YAP-ın mərkəzi qərargahına gəlib.

Ali Məclis sədrinin fotolarını təqdim edirik:

***

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

image description image description image description image description image description image description image description image description image description image description image description