Alqış Musayev: "Kim nə istəyir, danışır" Alqış Musayev: "Kim nə istəyir, danışır"

"Gültəkin Hacıbəyli xüsusi əhəmiyyətli persona kimi görünmək istəyir" - YAP-çı

Alqış Musayev: "Kim nə istəyir, danışır"

"Kim nə istəyir, kimə nə sərf edir, kimə hansı mövzu siyasi mənfəət gəttirir danışır. Gültəkin Hacıbəyli deyir ki, mən bir dəfə Təhlükəsizlik Şurasının iclasında iştirak edirdim. Təhlükəsik Şurası dövlətin ən ali qurumudur və bəlli üzvləri var. Gültəkin Hacıbəyli bu şuranın toplantılarında iştirak edə bilməz".

Bu barədə hakim Yeni Azərbaycan Partiyasının tanınmış və veteran üzvlərindən olan Alqış Musayev yazıb.

O, özünə məxsus Facebook profilində qeyd edib ki, adətən, Prezidentin sədrliyi ilə hər hansı problemə həsr olunmuş daxili müşavirələr keçirilir:

"Belə müşavirələrə müzakirə edilən problemin mahiyyətinə uyğun şəxslər dəvət edilir. O cümlədən Gültəkin Hacıbəylinin Prezidentin sədrlyi ilə keçirilən belə toplantılarda iştirakı mümkündür. Onun Təhlükəsizlik Şurasıyla bağlı dedikləri isə böyük, xüsusi əhəmiyyətli persona kimi görünməyi üçündür.

AzNews.az