"ABŞ-ın 70 senatına Co Baydenlə bağlı etiraz bəyanatı göndərdik"

"ABŞ-ın 70 senatına Co Baydeninlə bağlı etiraz bəyanatı göndərdik"

"ABŞ-ın yeni prezidenti Co Baydenin 24 apreldə 1915-ci ildə baş vermiş hadisələrələ bağlı qardaş Türkiyəyə qarşı verdiyi qərəzli açlqmaya etiraz olaraq ABŞ-ın 100 yaxın senatoruna və KİV rəhbərlərinə etiraz bəyanatı göndərdik. Təşkilatımızın adından bəyanatımızı həmin senatların və KİV rəhbərlərinin şəxsi emailləriinə göndərmişik."

Bu açıqlamanı "Aznews.az" saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə , rəhbərlik etdiyi QHT-nin bəyanatını ingilis dilində tərcümə edilib və bəyanatda qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər saxtakarlığı yol verilməsindən bəhs edilib:" ABŞ senatorlarının diqqətinə çatdırdıq ki, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirlir. 100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. Erməni lobbiçilərinin yalançı təbliğatına münasibətdə "soyqırım" ifadəsinin istifadə edilməsi ABŞ hökumətinin tarixi səhvidir. Türkiyə dövlətinə qarşı Co Baydenin bu mövqeyini qətiyyətlə qınayırıq!"

AzNews.az

image description