Ərdoğan YAP nümayəndə heyətini qəbul edəcək

Bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat verilib

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edəcək.

AzNews.az-ıın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat verilib.

Bildirilib ki, Türkiyə Prezidenti YAP nümayəndə heyətini AKP-nin mərkəzi qərargahında qəbul edəcək.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.