Yeni verilişdə həftə ərzində baş verən proseslər analiz ediləcək Yeni verilişdə həftə ərzində baş verən proseslər analiz ediləcək

Niyaməddin Orduxanlı TV-də siyasi verliş aparacaq

Yeni verilişdə həftə ərzində baş verən proseslər analiz ediləcək

BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı AXC TV-də yeni layihəyə başlayır. Niyaməddin Orduxanlı iyunun 12-dən etibarən AXC TV-də “Həftənin yekunu”nu təqdim edəcək.

Bu barədə Aznew.az-a açıqlama verən Orduxanlı bildirib ki, artıq bu həftədən fəaliyyətə başlayır: ”Bilirsiniz ki, 3 il idi ki, “Lider” telvizyasında siyasi verliş aparırdım. “Səda Plus”da həftə ərzində ölkəmizdə baş vermiş siyasi hadisələri, həmçinin beynəlxalq müstəvidə, regionda baş verən olayları ölkənin tanımış siyasi xadimləri, millət vəkilləri, partiya sədrləri, QHT nümayəndələri, media rəhbərləri, tanınmış politliqları ilə müzakirə edirdik.

Bu verlişdə də eynən həftə ərzində baş verən prosesləri analiz edəcəyik. Təbii ki, ictimai və siyasi xadimlərlə...”